Azərbaycan çempionatlarında 1000-ci oyunlarını keçirmiş “Qarabağ” və “Neftçi” klublarına Peşəkar Futbol Liqası tərəfindən xatirə mükafatları təqdim olunub.
"Football-plus.az" xəbər verir ki, xüsusi hədiyyələr PFL-in texniki-idman direktoru Elgiz Abbasov tərəfindən Misli premyer-liqasının 8-ci turu çərçivəsində keçirilən “Qarabağ” - “Neftçi” oyunundan əvvəl təqdim edilib.
Mükafatlar “Qarabağ”ın 1000 oyununun hər birində əvvəl futbolçu, sonradan isə klub rəsmisi kimi iştirak etmiş, hal-hazırda lisenziyalaşdırma üzrə menecer Şahid Həsənova və uzun illər “Neftçi”nin şərəfini qorumuş veteran futbolçu, hazırda seleksiya məşqçisi kimi çalışan İqor Getmana təqdim olunub.
“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə təqdim olundu
Ölkə futbolu





