Andrade üçün xüsusi hədiyyə

1.06.2025 11:57 8
Ölkə futbolu
Misli premyer-liqasında 2024/25 mövsümünün bombardirinə xüsusi hədiyyə təqdim olunub.

"Football-plus.az" xəbər verir ki, Leandro Andrade 15 qolla Misli premyer-liqasında 2024/25-ci illər mövsümünün ən sərrast futbolçusu seçilib.

Ölkə kubokunda 2024/25 mövsümünün final oyunu “Qarabağ” – “Sabah” (2:3) görüşünün ardınca keçirilən mükafatlandırma mərasimində Ağdam klubunun yarımmüdafiəçisinə mükafatı AFFA prezidenti Rövşən Nəcəf, AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim ediblər.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul