Boksçularımızın Avropa çempionatındakı rəqibləri müəyyənləşdi

14.10.2022 11:55 397
Avropa Liqası
Monteneqronun Budva şəhərində qadın boksçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb.

"Footbal-plus.az" xəbər verir ki, bu gün start götürəcək yarışda Azərbaycan yığmasının idmançılarının da ilk rəqibləri bəlli olub.

Ölkə təmsilçilərindən ilk olaraq rinqə Zeynəb Rəhimova çıxacaq. Onun Alyona Savçukla döyüşü oktyabrın 15-nə təsadüf edək.

Avropa çempionatında 31 ölkədən 164 boksçu qüvvəsini sınayacaq. Yarışın qaliblərinin adına oktyabrın 22-də aydınlıq gələcək.

Avropa çempionatı

15 oktyabr
1/8 final
Zeynəb Rəhimova (52 kq) – Alyona Savçuk (İtaliya)

17 oktyabr
1/8 final
Günel Rəhimova (48 kq) – Demye-Jade Rejtan (İngiltərə)

19 oktyabr
1/4 final
Anaxanım İsmayılova (50 kq) – Yaroslava Marinçuk (Ukrayna)
Şəhla Allahverdiyeva (66 kq) – Yelena Yaniçiyeviç (Serbiya)

21 oktyabr
1/2 final
Aynur Rzayeva (+81 kq) – Zayra Qarsiya (İspaniya)/Darya Kozores (Moldova)