Millətlər Liqasının ilk turunda keçiriləcək Litva - Azərbaycan matçının hakimləri müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, görüşü Kiprdən olan hakimlər briqadası idarə edəcəklər.
Oyunun baş hakimi Menelaos Antoniou təyin olunub. Ona yan xətt hakimləri Pavlos Georgiou və Eraklis Komodromos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Konstantinos Fellas yerinə yetirəcək.
VAR hakimi Marios Kristoforou, onun köməkçisi isə Dimitris Solomou olacaq.
Litva - Azərbaycan görüşü sentyabrın 27-də keçiriləcək və Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Ölkə futbolu






