İtaliya çempionatının “İnter” – “Fiorentina” matçında (1:1) kuryoz hadisə baş verib.
50-ci dəqiqədə hesabı açan qonaq komandanın oyunçusu Lukas Torreyra arzuolunmaz vəziyyətə düşüb. O, rəqib komandanın oyunçusu ilə top uğrundan mübarizə zamanı aldığı zərbə nəticəsində dişindən xəsarət alıb. Uruqvaylı yarımmüdafiəçi meydanın kənarına gedərək laxlayan dişini çəkdirib. Lukas dişinin çıxarıldığı hissəyə salfet qoyaraq oyunu davam etdirib...