17 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda bu gün son oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Aqil Nəbiyevin çalışdırdığı komanda B liqasının 2-ci qrupunda Malta millisi ilə qarşılaşacaq.
Bolqarıstanın Plovdiv şəhərindəki “Nikola Şterev - Starika İdman Kompleksi”ndə keçiriləcək matç Bakı vaxtı ilə saat 14.00-da başlanacaq.
Millimiz daha əvvəl Malta (1:1) və Litva millisi ilə (0:0) heç-heçə edib. Yığma hazırda 2 xalla 4 komanda arasında 3-cü yerdədi. Xalı olmayan Malta isə sonuncudu.