Millimiz Qırğızıstanla qarşılaşacaq - 3-cü MDB Oyunları

1.10.2025 11:29 41
Ölkə futbolu
16 yaşadək futbolçulardan ibarət millimiz Qəbələdə təşkil olunan 3-cü MDB Oyunlarında bu gün ikinci oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, A qrupunda yer alan U-16 Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 12.00-da başlanacaq və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, millimiz qrupdakı ilk oyununda Tacikistan yığmasını 1:0 hesabı ilə məğlub edib.