Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət millimizin yoldaşlıq oyunları canlı yayınlanacaq.
"Football-plus.az" xəbər verir ki, U-20 millimiz oktyabrın 3-də saat 18.00-da Moldovanın, oktyabrın 6-da saat 16.00-da isə Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Qəbələ şəhər stadionunda keçiriləcək hər iki görüşü “CBC Sport”un "yutub" kanalı vasitəsilə izləmək mümkün olacaq.
U-20 millimizin oyunları canlı yayınlanacaq
Ölkə futbolu






