Millimiz Özbəkistanla qarşılaşacaq

2.02.2026 15:15 21
Ölkə futbolu
19 yaşadək qadın futbolçulardan ibarət millimiz təlim-məşq toplanışı üçün bu gün Özbəkistana yola düşəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

U-19 yığmamız Daşkənddə baş tutacaq hazırlıq çərçivəsində fevralın 4-də və 7-də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

Hər iki qarşılaşmanın Bakı vaxtı ilə saat 14.00-da başlanması planlaşdırılır.