İyunda gəlmişdi, sentyabrda yola salındı

16.09.2026 19:33 36
Dünya futbolu
Fransa çempionatının yüksək liqasında yalnız 4 tur arxada qalsa da, artıq ilk baş məşqçi istefası zərurətə çevrilib.

"Football-plus.az" xəbər verir ki, “Lans” rəhbərliyi Dino Topmöllerlə yolları ayırıb. Tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər.

Topmöller “Lans”ı bu ilin iyunundan çalışdırırdı. Komanda onun rəhbərliyi altında ilk dəfə Fransa Superkubokunun qalibi olmuşdu. Lakin “Lans” ölkə çempionatının cari mövsümünə qeyri-qənaətbəxş başlayıb. Komanda Liqa 1-in ilk 4 turunda cəmi 4 xal toplayıb və hazırda turnir cədvəlində 10-cu yeri tutur.