"İmişli" Fərid Namazovla vidalaşdı - RƏSMİ

13.10.2026 11:58 72
Ölkə futbolu
“İmişli” baş məşqçi Fərid Namazov ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.

Namazov bu ilin iyul ayında "İmişli"nin baş məşqçisi təyin edilmişdi. "İmişli" Misli premyer-liqasında 7 turdan sonra 4 xalla 9-cu pillədə qərarlaşıb.