“Şaxtyor” da darmadağın etdi, “Dinamo” da

8.05.2024 21:30 196
Dünya futbolu
“Çernomorets”i darmadağın edən “Şaxtyor” sona üç tur qalmış ən yaxın izləyicisi “Dinamo”dan 4 xal irəlidədi.

“Football-plus.az” xəbər verir ki, bu komandalar arasında növbəti turda keçiriləcək oyun çempionluğun taleyinə aydınlıq gətirəcək. Yeri gəlmişkən, kiyevlilər hesabat turunda “Kolos”un qapısından 5 cavabsız top keçirdi.
Turun qalan oyunlarına gəlincə, “Aleksandriya” – “Rux” oyununda qapılara 4 qol vuruldu – 2:2. Maraqlıdı ki, bu komandaların ardıcıl 5-ci oyununda da heç-heçə qeydə alındı. “Obolon” LNZ-yə yeganə qolla qalib gəldi. “Metallist 1925” son 6 aydakı ilk qələbəsini “Vorskla” üzərində qazandı. Emin Mustafayevin də 79 dəqiqə meydanda olduğu oyunda “Polesye” “Zarya”nı məğlub edə bilmədi.

Dünən keçirilən son iki oyunda “Dnepr-1” və ??? qələbə qazandı. Dnerlilərin yeganə qolunu azərbaycanlı Ramik Hacıyev vurdu.

27-ci tur
Şaxtyor – Çernomorets 3:0
Sudakov, 19. Sikan, 23. Kevin, 56-p.
Şaxtyor: Riznık, Azarov, Konoplya, Matviyenko, Rakitski, Sudakov, Krıskiv (Nazarina, 83), Zubkov (Şved, 74), Qomes (Stepanenko, 74), Kevin (Neverton, 74), Sikan (Eginaldo, 68).
Dinamo – Kolos 5:0
Bondarenko, 48-öz qapısına. Yarmolenko, 51. Buyalski, 52. Kabayev, 68. Voloşin, 71.
Dinamo: Buşan, Vivçarenko, Dyaçuk, Karavayev, Popov, Brajko (Benito, 85), Buyalski (Şepelev, 72), Voloşin (Diallo, 77), Yarmolenko, Kabayev (Andriyevski, 72), Şaparenko (Ponomarenko, 72).
Aleksandriya – Rux 2:2
Mixaylenko, 4; 80 – Pastux, 26. Slyubik, 82.
Obolon – LNZ 1:0
Krasnopir, 22.
Metallist 1925 – Vorskla 3:2
Bezuqlı, 26. Qabelok, 39. Yusov, 80-p. – Kane, 32. Stepanyuk, 90+4-p.
Polesye – Zarya 1:1
Nazarenko, 23 – Gerrero, 60.
Dnepr-1 – Krivbass 1:0
Hacıyev, 57.
Veres – Minay ???
1. Şaxtyor 27 21 4 2 61-27 67
2. Dinamo 27 20 3 4 67-25 63
3. Krivbass 27 16 6 5 47-26 54
4. Dnepr-1 27 13 9 5 37-25 48
5. Rux 27 11 12 4 41-29 45
6. Polesye 26 12 7 8 33-27 43
7. LNZ 27 8 8 11 25-32 32
8. Vorskla 27 8 6 13 25-41 30
9. Kolos 26 6 11 9 18-24 29
10. Çernomorets 27 9 2 16 35-43 29
11. Zarya 26 6 10 10 26-33 28
12. Aleksandriya 27 6 9 12 24-36 27
13. Obolon 27 5 10 12 17-35 25
14. Metallist 1925 27 5 7 15 28-49 22
15. Veres 26 4 8 14 23-41 20
16. Minay 26 3 10 13 20-40 19
Bombardirlər: Vanat (Dinamo) – 13, Buyalski (Dinamo), Sikan (Şaxtyor) – 10.
Növbəti turun oyunları mayın 11-13-ü aralığında keçiriləcək: Vorskla – Minay, Obolon – Rux, Şaxtyor – Dinamo, Aleksandriya – Dnepr-1, Çernomorets – Metallist 1925, Krivbass – Polesye, Kolos – LNZ, Zarya – Veres.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul