Sabah ölkəmizin əsas yığması Lixtenşteynlə qarşılaşacaq.
“Football-plus.az” baş məşqçi Ayxan Abasovun bugünkü mətbuat konfransından hesabatı təqdim edir.
- İkinci matçımıza çıxacağıq. Turnir cədvəlində lider olmaq istəyiriksə, qalib gəlməliyik. Rəqibi yaxından tanıyırıq, istəkli komandadı. İtirəcəkləri bir şey yoxdu. Müdafiələrini yarmalıyıq. İnanıram ki, azarkeşlərin önündə futbolçular yaxşı oyun sərgiləyəcəklər.
- Heyətdə hansısa itki var var?
- Litva ilə matçdan sonra kiçik zədələr çox oldu. Renat Dadaşov bu matçı buraxmalı olacaq. Digər oyunçularımızda xırda zədələr var. Komandanın yenə də hazır olduğunu söyləyə bilərik. Hər bir futbolçu oynamaq istəyir, bu isə sevindirici haldı.
- Litvadakı matçdan sonra oyun sistemində hansısa dəyişiklik etməyi düşünürsüzmü?
- Hər dəfə rəqibə uyğun sistemimizi qururuq. Epizodları təhlil edib, hazırlaşırıq. Rəqiblərimiz fərqli komandalardı. Müdafiəni yarmaq vacib olacaq. Futbolçuların ustalıq keyfiyyəti yüksək olmalıdı. İnanıram ki, istədiyimiz qolları vuracağıq.
- Dünyada, demək olar ki, zəif komanda anlayışı qalmayıb. Sabah fərqli ssenarinin olmasından ehtiyatlanırsız?
- Milli komandalar arasında zəif rəqib olmur. Bu gün bütün komandalar xal qazana bilər. Hər biri özünü göstərmək istəyir. Çox hücumlar etməli, dominant oyun sərgiləməliyik. Bundan öncəki rəqiblərdə dediklərimi edə bilmirdik. Milli futbolçu ən yaxşı oyunçu deməkdi. Futbolçularıma inanıram.
- Millinin məhz bu stadionda oynaması nostalji hisdi. Yenidən bu meydanda daha çox azarkeşin gələcəyini gözləyirsiz?
- Millinin azarkeşlərə ehtiyacı var. Futbolçular da həqiqətən fanatların önündə oynamaq istəyirlər. Bizim çempionatımızda da bu problem var. Avrokuboklarda isə belə olmur. Ümid edirəm ki, nə olur-olsun, yığmamıza dəstək lazımdı.
- Zamiq Əliyevin müsahibəsini görmüsüz? Onunla bağlı fikirləriniz nədi?
- Futbolçular tez-tez müsahibə verirlər. Hər birini haqlı sayıram. Hamısı millidə oynamaq istəyir. Bu, onların haqqıdı. Zamiqin bütün oyunlarını izləmişik. Bir çox futbolçunu izləyirik. Bəzilərinin adlarını, bəlkə də xatırlamırsız. Bu gün Zamiqin yerində oynayan Anton Krivotsyuk, Rəhman Daşdəmirov, Murad Xaçayev var. Biz həmin futbolçulara üstünlük vermişik. Sabah Zamiqə də dəvət gələ bilər. Əvvəlki toplanışlarda da bu təcrübə yaşanıb. Bu dəfə adını çəkdiyim üç futbolçunu seçdik. Bu o demək deyil ki, ona şans verməyəcəyik.
İSRAYIL XEYRULLAYEV
“Millinin azarkeşlərə ehtiyacı var” - Ayxan Abbasov
Ölkə futbolu / Manşet






