“Vətənə 3 xalla qayıdacağımıza inanıram” - Abbas Hüseynov

10.10.2024 21:25 318
Yığma / Manşet
Yığmamızın müdafiəçisi Abbas Hüseynov Millətlər Liqasının Estoniya ilə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

“Football-plus.az” 28 yaşlı futbolçunun fikirlərini diqqətinizə çatdırır:

“Oyuna yaxşı hazırlaşmışıq. Komandada çox yaxşı ab-hava var. Sabah meydandan yaxşı nəticə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik. Qələbə qazanıb vətənə 3 xalla qayıdacağımıza inanıram”.


- Ağır zədədən qayıtmısan. Özünü nə qədər hazır hiss edirsən?
- Çalışıram ki, optimal formama yaxın olum. Əvvəlkindən də daha yaxşı olmaq üçün əlimdən gələni edirəm. İnanıram ki, daha da yaxşı olacam.