La Liqanın 17-ci turunda "Real" "Valensiya"nı məğlub etdi - 2:0.
Football-plus.az xəbər verir ki, “Kral" “yarasalar” üzərində evdə ardıcıl 5-ci qələbəsini qazandı.
Madridlilər bu rəqiblə ev oyunlarında sonuncu dəfə 2017-ci il avqustun 27-də xal itirib. Həmin vaxtdan bəri “Real” 5 oyunda ümumi 13:1 hesabıyla qələbə qazanıb. “Valensiya” 2008-ci il martın 23-dən bəri “Real”ı Madriddə məğlub edə bilmir.