Mbappe Arda Gülərin paylaşdığı şəkilə nə şərh yazdı?

17.10.2026 12:30 36
Dünya futbolu
''Real'' və Türkiyə yığmasının ulduzu Arda Gülər ''instaqram'' səhifəsindəki paylaşımı ilə diqqət çəkib.

21 yaşlı futbolçu orda ailə üzvləri, komanda yoldaşları ilə müxtəlif məkanlarda çəkdirdiyi 20 şəkili paylaşıb. Şəkillərin arasında onun ötən ay baş tutan Türkiyə - Fransa matçının ardından fransızların çalışdırıcısı Zinəddin Zidanla çəkdirdiyi şəkil də var. Şəkillərin altında isə bir çox tanınmış simalarla yanaşı onun ''Real''dakı komanda yoldaşı Kilian Mbappe də şərh yazıb.

Mbappe məhz Ardanın Zidanla olan şəklini nəzərdə tutaraq ''Şəkili çəkənin adını qeyd etməyəcəksənmi?'' şərhini yazıb. Onun bu şərhinə 12 saat ərzində 100 mindən çox ''layk'' gəlib. Arda isə fransalı ulduza cavab olaraq ''bu dəfə məhsuldar ötürməni sən verdin'' şərhini yazıb.