''Benfika'' karyerası gözləniləndən də uğurlu start götürən Kərəm Aktürkoğlu dünən ''Kick'' platformasında canlı yayın açaraq futbolsevərlərlə söhbət edib.
Ona ünvanlanan sualları cavablandıran 25 yaşlı futbolçu maraqlı açıqlamalar verib:
''Zədəm o qədər də ciddi deyil. Məşqçilər korpusu sadəcə məni qorumaq məqsədilə əvəzlədilər. ''Benfika''da digər futbolçular kimi Di Mariya ilə də münasibətlərim yaxşıdı. Mən adətən argentinalılarla yaxşı anlaşıram. Onları sevirəm. İkardi və Barış Alpər Yılmaz ilə aramızda heç bir inciklik yoxdu. İkardini sevirəm. O da məni sevir və. ''Qalatasaray''dakı sabiq komanda yoldaşlarımla tez-tez söhbət edirəm. Barışla da danışıram. Küsülü deyilik. Həyat belədi ki, hər zaman hər kəslə yaxın dost olmağa, səmimi olmağa borclu deyilsən. Amma Barış çox yaxşı futbolçudu. Osimhen? Yüksək səviyyəli oyunçudu. ''Qalatasaray''ın oyunlarını təbii ki, izləyirəm. Uğursuz nəticə olduqda mən də sizin kimi üzülürəm. Amma futbolda enişlər də olur, yüksəlişlər də. Biraz səbrli olmaq və komandaya dəstək vermək lazımdı. ''Qalatasaray'' hər zaman bu cür çətinliklərin öhdəsindən məharətlə gəlib. Ardıcıl iki oyunda bərabərlik qeydə alınması faciə deyil. Sizdən xaişim budu ki, türkiyəli oyunçulara daha çox dəstək verin. ''Qalatasaray'' üçün ən çox canı yananlar, komanda üçün canını qoymağa çalışanlar məhz yerli oyunçulardı. Yunus, Əbdülkərim, Berkan... Nə varsa onlarda var. Pis gündə dəstək vermək də böyüklük əlamətidi. Yaxın dostlarım arasında bir çox ''Fənərbaxça''lı var. Amma mən ''Qalatasaray''lıyam. Bizimki doğru yoldu. Onlar yanlış yoldadı) gülür). Bəlkə də bir gün bunun fərqinə varacaqlar''.
ƏLİ