Antonelli Montsada tarix yazdı

6.09.2026 21:07 5
İdman
''Formula-1''də mövsüm davam edir. İtaliya qran-prisi böyük həyacana səhnə oldu.

"Football-plus.az" xəbər verir ki, ''Mersedes''in gənc pilotu Kimi Antonelli öz vətənində əsil tarix yazdı.

Yarışa 19-cu sıradan başlayan 20 yaşlı pilot rəqiblərini bir-bir keçərək damalı bayrağı ilk sırada keçdi. Kimi Antonelli Montsadakı bu zəfəri ilə italyanlara böyük qürur yaşatdı. Belə ki, o, son 60 ildə Montsada yarış qazanan ilk italiyalı pilot oldu!

Sonuncu dəfə bunu 1966-da Lüdoviko Skarfiotti bacarmışdı.

Bundan başqa ''Formula-1'' tarixində indiyə qədər 19-cu sırada başlayıb yarış qazanan pilot olmamışdı. Antonelli ən geridən başlayıb qalib olan pilot kimi adını tarixə yazdırdı.

Onu da bildirək ki, bu, gənc pilotun karyerasındakı 7-ci qələbə oldu.