İyunun 7-də Latviya və Azərbaycanın milli komandaları arasında keçiriləcək yoxlama matçının hakimləri müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Yoldaşlıq oyununu Maltadan olan baş hakim Trustin Farruciya Kann idarə edəcək. Onun yardımçıları Luk Portelli, Roberto Vella, 4-cü hakim isə Vitali Spasyonnikov təyin ediliblər.
Qeyd edək ki, Riqanın "Skonto" stadionunda keçiriləcək Latviya - Azərbaycan matçı iyunun 7-si, Bakı vaxtı ilə saat 19.00-da başlanacaq.