Futzal millimiz Lənkəranda rəsmi oyun keçirəcək - ilk dəfə

15.10.2026 12:30 36
İdman
Futzal üzrə millimiz tarixində ilk dəfə Lənkəran Olimpiya İdman Kompleksində rəsmi oyun keçirəcək.

"Football-plus.az" xəbər verir ki, DÇ-2028-in 12-ci qrupunda yer alan komanda noyabrın 5-də ev oyununa çıxacaq. Çexiya yığması ilə görüşün ünvanı Lənkəran Olimpiya İdman Kompleksi olacaq və matç saat 17.00-da start götürəcək.

Kompleks 2018-ci ildə istifadəyə verilib. İdman zalı 788 azarkeş tutumuna malikdi.