U-20 millimiz də heç-heçə etdi

7.06.2022 23:17 592
Yığma
Bakıda təlim-məşq toplanışını başa vuran Azərbaycan U-20 milli hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, komandamız Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında Özbəkistanla qarşılaşıb. Matç 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş ilk qarşılaşmada millimiz 3:2 hesabı ilə qalib gəlmişdi.