Futzal millimiz məğlub oldu

6.11.2025 20:25 8
İdman
Bu gün 6-cı İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisi ikinci oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, komandamız Özbəkistan futzalçıları ilə qarşılaşıb. Oyun rəqibin 13:2 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Emil Həsənzadə və Fərid Abbasov fərqləniblər.

Qeyd edək ki, millimiz qrupda son oyununu noyabrın 8-də Səudiyyə Ərəbistana qarşı keçirəcək.