21 yaşadək futbolçulardan ibarət millimizin Belarusa planlaşdırılan səfəri təxirə salınıb.
"Football-plus.az" xəbər verir ki, AFFA-nın bununla bağlı yaydığı açıqlamada Belarusda təşkili nəzərdə tutulan təlim-məşq toplanışı və yerli komanda ilə yoxlama görüşlərinin başqa vaxta keçirildiyi bildirilib. Səbəb açıqlanmayıb. Qeyd olunub ki, qərar hər iki tərəfin qarşılıqlı razılığı əsasında verilib.
Yoldaşlıq oyununun 2025-ci ildə təşkil olunması planlaşdırılıb. Qarşılaşmanın tarixi və yeri barədə məlumat veriləcək.