"Turan Tovuz": 30-cu "sülh"

19.04.2025 12:56 43
Ölkə futbolu
“Turan Tovuz” ölkə çempionatlarında 30-cu heç-heçəsini edib.

"Football-plus.az" xəbər verir ki, bu, Misli premyer-liqasının 31-ci turunun “Araz-Naxçıvan”la görüşündə qeydə alınıb.

Qərb klubu 103-cü matçında 30-cu "sülh"ə imza atıb – 1:1. Bu bərabərliklərdən 12-si evdə, 18-i səfərdə gerçəkləşib.

Qeyd edək ki, “Turan Tovuz” ölkə çempionatları tarixində ən azı 30 heç-heçə edən 23-cü komandadı.