AFFA-dan "Turan Tovuz"a xəbərdarlıq

24.02.2025 14:08 261
Ölkə futbolu
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Football-plus.az" xəbər verir ki, iclasda "Turan Tovuz"un ötən gün yaydığı etiraz bəyanatı ilə bağlı qərar qəbul edilib.

PFL-in yaydığı məlumatda bildirilib:

“Turan Tovuz” AFFA və PFL-in imicinə zərər vuran əsassız bəyanat verdiyinə görə kluba xəbərdarlıq edilməsinə qərar verilib".