AFFA-dan "Quba"ya xəbərdarlıq

25.09.2025 11:54 15
Ölkə futbolu
AFFA İntizam Komitəsi 2-ci liqada mübarizə aparan "Quba"ya xəbərdarlıq edib.

"Football-plus.az" xəbər verir ki, 3-cü turun "Quba" – "Şəmkir" oyununun 46-cı dəqiqəsində meydan sahibi komandanın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə olunub.

Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə "Quba"ya xəbərdarlıq edilib.