AFFA UEFA-nın qurumu cərimələyəcəyini təsdiqlədi

21.11.2023 19:30 819
Ölkə futbolu / Manşet
AÇ-2024-ün seçmə mərhələsinin Azərbaycan – İsveç (3:0) matçında maraqlı hadisəyə şahidlik etdik.

Oyunun keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunda elektron reklam lövhələri işləmirdi. Bu məsələyə görə UEFA AFFA-nı 30-40 min avro civarında cərimələyəcək. Məsələ ilə bağlı federasiyanın rəsmi mövqeyini öyrənmək istədik. Görəsən, lövhələr nə üçün işləmirdi? UEFA AFFA-ya cəza ilə bağlı xəbərdarlıq edib? Suallarımızı qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədliyə ünvanladıq. AFFA rəsmisi “Football-plus.az”a açıqlamasında bunları söylədi:

“Elektron lövhələrə özəl şirkətlərdən biri nəzarət edir. Oyundan əvvəl sınaq olmuşdu. Hər şey qaydasında idi. Sadəcə, oyunun gedişində problem yarandı, nəsə qısaqapanma oldu. Sonra elektron lövhələr işləmədi. UEFA-nın nə cəza verəcəyi hələ bəlli deyil. Bununla bağlı bizə informasiya veriləndə ictimaiyyəti məlumatlandıracağıq”.


İLKİN SULTANLI