Hidayət Heydərov medalsız qaldı

29.11.2025 14:10 13
İdman
Cüdoçularımız Hidayət Heydərov və Rəşid Məmmədəliyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin mükafatsız başa vurublar.

"Football-plus.az" xəbər verir ki, Olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərov 1/8 finalda Muxiddin Asadulloyevə (Tacikistan) uduzub.

Rəşid Məmmədəliyev isə ABŞ-li Stiven Boldbaatara məğlub olub.

Hər iki cüdoçumuz 73 kq çəki dərəcəsində mübarizə aparırdı.

Qeyd edək ki, ötən gün 4 cüdoçumuz medal qazana bilməmişdi.