“Sampdoriya” heyətini yeni futbolçularla gücləndirib.
Genuyalılar ukraynalı qapıçı Nikita Kontini, fransalı müdafiəçi Maksim Leverbe və venesuelalı yarımmüdafiəçi Telasko Seqoviyanı heyətinə qatıb. Seqoviya Venesuelanın “Deportivo Lara” klubundan birdəfəlik transfer olunub. İtaliya klubu azad agent kimi heyətinə qatdığı 19 yaşlı oyunçuya görə heç bir təzminat ödəməyib. Yarımmüdafiəçi yetirməsi olduğu “Deportivo Lara”da 2019-cu ildən əsas komandanın uğurları üçün çalışırdı. O, bu il Venesuelanın əsas yığmasında da debüt edib. Kontini “Napoli”dən, Leverbe isə “Piza”dan icarəyə götürüülb. Hər iki oyunçu 2022/23 mövsümünün sonuna kimi “Sampdoriya”da forma geyəcək.