Milli Qızıl Avropa Liqasını tərk etdi

16.06.2025 10:59 9
İdman
Qadın voleybolçulardan ibarət millimiz Qızıl Avropa Liqasındakı yerini itirib.

"Football-plus.az" xəbər verir ki, buna komandanın uğursuz çıxışı səbəb olub.

6 oyunda xal qazana bilməyən, cəmi 2 setdə üstün olan komanda 12 iştirakçı arasında sonuncu yeri tutub. Bu isə reqlamentə görə, Qızıl Avropa Liqası ilə vidalaşmaları ilə nəticələnib.

Yığma növbəti mövsümdə Gümüş Avropa Liqasında mübarizə aparacaq.