Almaniyalı futbolçudan rekord sürət

26.03.2022 16:39 501
Dünya futbolu
İngiltərə premyer-liqasında cari mövsümün arxada qalan 30 turundan sonra ən sürətli futbolçuların siyahısı dəyişib.

“Opta” statistika şirkətinin məlumatına görə, bu planda ilk pilləyə “Çelsi”nin müdafiəçisi Antonio Rüdiger yüksəlib. Onun 24-cü turun “Brayton”la oyununda (1:1) sürəti 36,7 km/saata çatıb. Almaniyalı oyunçu bu göstərici ilə maksimal sürəti 36,6 km/saat olan Məhəmməd Salahı (Liverpul) və qış “transfer pəncərəsi” dövründə “Vulverhempton”dan “Barselona”ya keçən Adama Traoreni arxada qoyub.

29 yaşlı Rüdiger bu mövsüm premier-liqada meydana çıxdığı 26 matçda 2 qol vurub.