"Çox çalışıb vəziyyəti yaxşılaşdıracağıq" - Yeton Bekiri

28.09.2026 10:00 36
Ölkə futbolu
"Qəbələ"nin baş məşqçisi Yeton Bekiri “Karvan-Yevlax”la yoxlama oyunu barədə fikirlərini bölüşüb.

"Football-plus.az" xəbər verir ki, şimali makedoniyalı mütəxəssis 0:0 hesabı ilə başa çatan matçı belə şərh edib:

“Bu həftə çox çalışmışıq. Gündə iki dəfə məşqlər oldu. Bu səbəbdən komanda yorğun görünürdü. “Sumqayıt”la oyuna hazırlaşmağa hələ vaxt var. Bu matçda əsas məqsəd gənc futbolçulara şans vermək, onların təzyiq altında necə oynadıqlarını müəyyənləşdirmək idi. Mənim üçün ən vacibi futbolçuların çatışmazlıqlarını görmək idi. Bəzi futbolçular 30, bəziləri 25 dəqiqə oynadı. Əsas odur ki, görüşü zədəsiz başa vurduq. 4 futbolçu müxtəlif yaş qrupları üzrə milli komandaların düşərgəsindədi. Çox çalışıb vəziyyəti yaxşılaşdıracağıq. Ümid edirəm ki, daha yaxşı komanda görəcəyik".

Yeton Bekiri heyətə yeni cəlb edilən braziliyalı hücumçu Rafael Utziqlə bağlı isə belə deyib:

"Bu gün Rafael Utziq təxminən 30 dəqiqə meydanda oldu. Çox keyfiyyətli futbolçudu. Hələ ki komanda ilə cəmi 2 məşqə çıxıb. Braziliyada fərdi məşqlər edib. 2-3 həftəyə ən yaxşı formasına yüksələcək”.