U-15 millimiz UEFA İnkişaf turnirində növbəti oyununu keçirib

25.08.2023 13:30 267
Yığma
15 yaşadək futbolçulardan ibarət millimiz Estoniyanın paytaxtı Tallində təşkil olunan UEFA İnkişaf turnirində növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, təmsilçimiz Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Milli turnirdə növbəti görüşünü avqustun 27-də moldovalı yaşıdlarına qarşı keçirəcək.

Qeyd edək ki, İlham Yadullayevin rəhbərlik etdiyi U-15 UEFA İnkişaf turniri çərçivəsində ilk oyununda Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Rəqib əsas vaxtı qolsuz bitən matçın penaltilər seriyasında daha dəqiq olub – 3:2.