19 yaşadək futbolçulardan ibarət millimiz Moldovada təşkil edilən yoldaşlıq turnirində sonuncu oyununu keçirib.
"Football-plus.az” xəbər verir ki, yığma meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Tiraspol şəhərindəki “Şerif” stadionunda baş tutan matç 1:1 hesabı ilə yekunlaşıb. Yığmamızın qolunu 87-ci dəqiqədə Nihad Əhmədzadə vurub.
Komandamız 4 xalla 2-ci yeri tutub. Turnirin qalibi 9 xal toplayan Türkiyə yığması olub.
Qeyd edək ki, U-19 turnirdəki ilk iki matçında Qazaxıstan yığmasına 2:0 hesabı ilə qalib gəlib, Türkiyə millisinə məğlub olub - 0:5.