Qızlar Türkiyədə "Antalyaspor"u məğlub etdi

9.10.2026 23:16 54
Ölkə futbolu
Qadınlardan ibarət millimiz Türkiyənin Antalya şəhərində davam edən təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.

Yığmamız “Antalyaspor”un qadın komandası ilə qarşılaşıb və 2:1 hesabı ilə qələbə qazanıb.

Komandamızın heyətində 40-cı dəqiqədə Nigar Mirzalıyeva, 69-cu dəqiqədə isə Manə Mollayeva fərqləniblər.