Qadınlardan ibarət U-19 millimiz Dubayda heç-heçə etdi

11.03.2023 11:02 244
Yığma
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan Azərbaycanın qadın futbolçulardan ibarət U-19 millisi hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, yığmamız bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

Millimizin qolunu 36-cı dəqiqədə Hüseynli Fatiməyi-Zəhra vurub.

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun martın 13-də keçiriləcək.