Millimiz Türkiyə klubu ilə qarşılaşacaq

7.10.2026 19:00 27
Ölkə futbolu
Qadınlardan ibarət millimiz oktyabrın 5-dən 13-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirir.

"Football-plus az" xəbər verir ki, yığmamız hazırlıq çərçivəsində oktyabrın 9-da “Antalyaspor”un qadın komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Bakı vaxtı ilə saat 18.00-da başlayacaq qarşılaşma “Titanic Deluxe Belek Football Center”də baş tutacaq.