Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Türkiyənin Antalya şəhərində ikinci yoxlama oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, Samir Əliyevin komandası sloveniyalı həmyaşıdları ilə qarşılaşıb. Millimiz rəqibinə 2:0 hesabı ilə qalib gəlib. Yığmamızın heyətində 27-ci dəqiqədə Samir Abdullayev və 90-cı dəqiqədə Murad Vəliyev fərqləniblər.
Qeyd edək ki, Azərbaycan yığması bundan əvvəlki sınaq matçında Albaniyaya uduzub - 1:2.