PSJ rəhbərliyi iki futbolçuya əlavə istirahət verməyi lazım bilib.
"Football-plus.az" xəbər verir ki, Paris klubunun mətbuat xidmətinin məlumatına görə, qərar baş məşqçi və klubun rəhbərliyi ilə razılaşdırılıb. Usman Dembele və Nuno Mendeş məşqlərə oktyabrın 10-u və 11-də qoşulacaq. Onların zədəli olması barədə isə hər hansı məlumat verilməyib.
Xatırladaq ki, Dembele avqustun 28-də Liqa 1-in 2-ci turunda “Lill”lə səfər oyununu (2:2) buraxmışdı. 29 yaşlı hücumçunun oktyabrın 10-da Liqa 1-in 6-cı turunda “Le Man”la keçiriləcək görüşdə də iştirak etməyəcəyi ehtimal olunur.
PSJ onları qorumağı zəruri saydı
Dünya futbolu






