“Slaviya” Bakıya qələbə ilə gəlir – amma daha bir oyunçunu itirdi

9.10.2026 22:52 36
Aktual / Çempionlar Liqası
“Sabah”la yanaşı, Çempionlar Liqasındakı rəqibi “Slaviya” da bu gün çempionat oyununa çıxıb. Sadəcə, “bayquşlar”dan yarım saat gec. “Jlin”in qonağı olan Çexiya çempionu nigeriyalı Emmanuel Ayaosinin vurduğu yeganə qolla qalib gəlib. “Slaviya”nın heyəti belə olub: Yakub Markoviç, Tomaş Vlçek, David Zima, Tomaş Holeş, Mübarək Süleyman, Viktor Novak, Devid Mozes (Mixal Sadilek, 80), Samuel İsife (Mikulas Koneçnı, 90+2), Lukaş Provod, Emmanuel Ayaosi (Moymir Xitil, 68), Tomaş Xorı.
Baş məşqçi Yindrjix Trpişovski iki dəyişikliyə taktiki mülahizəyə görə əl atıbsa, Mozes zədə üzündən meydanı tərk edib. “Slaviya”nın daha 8 oyunçusu sağdamlıq durumundakı problemə görə meydana çıxmayıb. Baş məşqçi həmçinin “Sabah”la oyunu nəzərə alaraq, Daniel Şturma dincəlmək imkanı yaradıb.
ORXAN