“Səbail” heyətini yeni oyunçu ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, 1-ci liqa təmsilçisi milli komandamızın da formasının geymiş, son olaraq Türkiyədə “Serik Spor”da çıxış etmiş Sərtan Taşkınla "1+1" illik müqavilə imzalayıb.
Karyerası ərzində “Keşlə”, “Sumqayıt”, “Zirə”, “Turan Tovuz” və “Manisa”da çıxış etmiş 28 yaşlı cinah müdafiəçisi Azərbaycan premyer-liqasında ümumilikdə 193 qarşılaşmada meydana çıxıb və 13 qola imza atıb.
"Səbail" Sərdar Taşkını Azərbaycana qaytardı
Ölkə futbolu






