Ayxan Abbasov yalnız üç futbolçuya daim güvəndi – maraqlı adlar

7.10.2026 23:45 117
Ölkə futbolu
Ölkəmizin futbol yığması qısa zaman kəsiyində dörd oyun keçirdi. Sentyabrın 23-də Tacikistanı yoldaşlıq oyununda 1:0 hesabıyla məğlub edən komandamız ardından Millətlər Liqasında üç oyuna çıxdı.

Sentyabrın 27-də Litva ilə səfər oyunu 1:1, oktyabrın 1-də isə Lixtenşteynlə ev oyunu 0:0 bitdi. Bazar günü Baltikyanı ölkə təmsilçisini evdə 1:0 hesabıyla məğlub etdik. 11 gün ərzində keçirilən dörd oyunda Ayxan Abbasovin heyət seçimi necə idi?

Litva ilə ev oyunundakı ən böyük sürpriz 22 yaşlı Oruc Məmmədovun start heyətində görünməsi idi. “Şamaxı”nın oyunçusu debütdə xoş təsir bağışladı. Yeganə qol da məhz onun hava mübarizəsində qalib gəlib, qapıya başla zərbə vurmasının nəticəsi oldu, qapıçı topu qaytardı, Toral Bayramov topu təkrar qapı önündə göndərdi, Abdulla Xaybullayev dəqiq zərbə vurdu.

Ümumiyyətlə, payız toplanışında üç futbolçu ilk dəfə əsas millinin formasını geydi. Bunlar Oruc Məmmədov, Edqar Adilxanov və Fərid Yusiflidi. Ancaq məhz Oruc daha yaxşı təsir bağışladı.
Ayxan bəy yalnız üç futbolçuya dörd oyunun hamısında start heyətində şans verdi. Bunlar qapıçı Emil Balayev, həmçinin yarımmüdafiəçi Abdulla Xaybullayev və müdafiəçi Tellur Mütəllimovdu. Rəhman Daşdəmirov, Rahil Məmmədov, Toral Bayramov, Aleksey İsayev və Mahir Emreli hərəyə üç dəfə ilk dəqiqələrdən meydanda göründü. Məhz bu 8 futbolunu Ayxan Abbasovun yığmasının özəyi saymaq olar.

Baş məşqçinin düşərgəyə çağırdığı 30 futbolçudan yalnız dördü – qapıçılar Aydın Bayramov və Rəvan Mirzəmmədov, həmçinin yarımmüdafiəçilər Anatolo Bayramovla Mustafa Əhmədzadə bir dəqiqə də oynamadı. Maraqlıdı ki, Ayxan bəy ehtiyat qapıçıların heç birinə şans vermədi. 4 oyunun hamısında “çərçivə”ni Emil Balayev qorudu.

Yeri gəlmişkən, məhz Balayev bütün oyunları əvəzlənmədən keçirən yeganə futbolçudu. Rüfət Abbasov da bütün oyunlarda iştirak etdi. Sadəcə, “Neftçi”nin müdafiəçisi iki oyunda start heyətində yer aldı, daha ikisində sonradan meydana çıxdı.