Millətlər Liqasında bu gün Bakıda Lixtenşteyn ilə üz-üzə gələcək millimizin heyətində dəyişikliklər var.
"Football-plus.az" xəbər verir ki, yığmaya cəlb edilən 30 futbolçudan 7-nin adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Bunlar Renat Dadaşov, Bədavi Hüseynov, Rahil Məmmədov, Rəhman Daşdəmirov, Ceyhun Nuriyev, Mustafa Əhmədzadə və Fərid Yusiflidi.
AFFA-nın mətbuat xidmətindən verilən məlumata görə, adıçəkilən futbolçulardan yalnız Renat Dadaşov zədə səbəbindən heyətdə yoxdu. Digərləri isə baş məşqçi Ayxan Abbasovun qərarına görə "23-lüy"ə düşməyib.
Azərbaycan - Lixtenşteyn görüşü saat 20.00-da başlanacaq. Millinin bu rəqibə qarşı "23-lüy"ünü təqdim edirik.
Qapıçılar: Aydın Bayramov (“Zirə”), Rəvan Mirzəmmədov (“Sabah”), Emil Balayev (“Neftçi”).
Müdafiəçilər: Murad Xaçayev (“Neftçi”), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Anton Krivotsyuk (“Daejeon Hana”, Cənubi Koreya), Elvin Bədəlov (“Neftçi”), Toral Bayramov (“Bursaspor”, Türkiyə), Tellur Mütəllimov (“Sabah”), Rüfət Abbasov (“Neftçi”).
Yarımmüdafiəçilər: Edqar Adilxanov (“Şamaxı”), Emin Mahmudov ( “Neftçi”), Rəhim Sadıxov (“Turan Tovuz”), Rüfət Abdullazadə (“Kiryat Şmona”, İsrail), Emil Səfərov (“Neftçi”), Abdulla Xaybullayev ( “Sabah”), Aleksey İsayev (“Sabah”), Oruc Məmmədov (“Şamaxı”), Ayxan Hüseynov (“Zirə”), Anatoli Nuriyev ("Kişvarda", Macarıstan),
Hücumçular: Vüsal İsgəndərli (“Malişeva", Kosovo), Musa Qurbanlı (“Qarabağ”), Mahir Emreli (“Rakuv”, Polşa).
Ayxan Abbasov 7 futbolçunu millinin heyətindən çıxardı - ADLAR
Ölkə futbolu






