Misli premyer-liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Sabah”ın üzvü Ksander Severina mükafatlandırılıb.
"Football-plus.az" xəbər verir ki, avqust ayının ən yaxşı qolunun müəllifinə mükafatı Peşəkar Futbol Liqasının inzibati binasında qurumun prezidenti Elxan Səmədov təqdim edib. Mükafatlandırmadan sonra təəssüratlarını bölüşən Severina “Ayın qolu” layihəsində qalib seçilməsindən məmnun olduğunu bildirib.
Futbolçu qazandığı pul mükafatını “Sabah Futbol Akademiyası Gələcəyin İstedadları” fonduna təqdim edəcəyini vurğulayıb.
"Sabah"ın futbolçusu mükafatlandırıldı
Ölkə futbolu






