Puxaç baş məşqçinin gözündən düşüb

6.10.2026 17:27 261
Ölkə futbolu
Millətlər Liqasında uğursuz nəticələrlə üzləşən komandalardan biri də Polşa yığmasıdı.

Yan Urbanın rəhbərlik etdiyi, B liqasının 4-cü qrupunda mübarizə aparan komanda dünən səfərdə Bosniya və Hersoqovinaya 0:1 hesabıyla uduzub. “Sabah”ın müdafiəçisi Timoteuş Puxaç əvvəldən axıra qədər ehtiyatda qalıb. Urban ona Rumıniyanı darmadağın etdikləri (6:0) oyunda da şans verməmişdi. Görünür, Puxaçın 2-ci turda – İsveç ilə oyunda (1:3) yol verdiyi səhvlər baş məşqçini özündən çıxarıb.

Polşa 4 turdan sonra 4 xalla qrupda 3-cü pillədə qərarlaşıb. İsveçin 10, Bosniya və Hersoqovinanın 8 xalı var.

ORXAN