"Football-plus.az" xəbər verir ki, bu barədə "sportas.lt" məlumat yayıb. Nəşr qərarın dünən keçirilən iclasdan sonra verildiyini bildirib:
"Dünən Litva Futbol Federasiyasının inzibati binasında təcili iclas keçirilib. Toplantıdı federasiyanın prezidenti Edqaras Stankyaviçyus, texniki direktoru Deyvidas Şembaras və millinin baş məşqçisi Edqaras Yankauskas iştirak edib. İclasda yığma komandanın son oyunlardakı performansı və gələcək üçün perspektivlər müzakirə olunub. Daha sonra baş məşqçi ilə qarşılıqlı razılıq əsasında yollar ayrılıb. Prezident Stankyaviçyus Yankauskasa 4 il ərzində göstərdiyi xidmətə görə təşəkkür edib. Mütəxəssis isə milli komandaya qarşıdan gələn oyunlarda uğurlar arzulayıb".
Xatırladaq ki, Litva Bakıda keçirilən həlledici matçda millimizə uduzub (0:1) və liderliyi əldən verib. Komandanın qrupdakı taleyi öz əlində deyil. Millimiz noyabrın 13-də səfərdə Lixtenşteyni məğlub etsə, qrup qalibi olacaq.
KƏNAN BAHADIR






