"Football-plus.az" xəbər verir ki, mütəxəssis millimizin Lixtenşteyndən daha güclü və texnikalı olduğunu deyib.
"Lixtenşteynlə oyun çox resurs tələb etmədi. Futbolçular lazımi nəticəni əldə etdilər. Lakin qarşıdakı görüşdə daha böyük güc və sürət nümayiş etdirməliyik. Azərbaycan millisi əvvəlki rəqibimizdən daha güclü və texnikalıdı. Onların heyətində beynəlxalq təcrübəyə malik, Çempionlar Liqasında çıxış edən futbolçular var. Buna görə bizi daha yüksəksəviyyəli rəqib gözləyir".
Yankauskas heyətdə dəyişikliklərin olacağını da söyləyib. O, Piyus Şirvisin zədə səbəbindən bu toplanışda oynaya bilməyəcəyini qeyd edib.
Baş məşqçi komandanın standart vəziyyətlər və sürətli hücumlarda güclü olduğunu vurğulayıb:
"Topu qazandıqdan sonra mümkün qədər tez hücuma keçmək vacibdi. Bu zaman rəqibin müdafiəsi tam təşkilatlanmış olmur. Biz də özümüzdən asılı olan bu üstünlüklərdən daha yaxşı istifadə etməyə çalışacağıq. Lakin hücum edərkən müdafiəni də düşünmək lazımdı".
Yankauskas “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasla danışmadığını, lakin Bakıya səfər zamanı onunla görüşə biləcəklərini bildirib:
"Onun çalışdırdığı komanda ilə qazandığı tarixi uğura görə çox sevinirik və ona bundan sonra da uğurlar arzulayırıq. Azərbaycanda olanda, düşünürəm ki, görüşmək, fikir və məsləhətlərimizi bölüşmək üçün vaxt tapacağıq. Amma hazırda öz topladığımız məlumatlara güvənirik və rəqib barədə kifayət qədər informasiyaya sahibik".
Litva millisinin çalışdırıcısı Bakıda keçiriləcək cavab görüşü barədə hələ düşünmədiklərini deyib:
"Hazırda yalnız bu oyuna köklənmişik. Qarşıdakı görüş bizim üçün prioritetdi. Ondan sonra nə olacağını daha sonra görəcəyik”.





