Afrika Millətlər Kubokunda təsnifat mərhələsinin oyunları davam edir.
"Football-plus.az" xəbər verir ki, “Zirə”nin müdafiəçisi Ange Mutsinzinin formasını geydiyi Ruanda millisi öz meydanında Nigeriya ilə qarşılaşıb. Görüş 0:0 hesabı ilə başa çatıb.
Meydana start heyətində çıxan Mutsinzi matçı əvəzolunmadan keçirib.
2 oyundan sonra 2 xalı olan Ruanda millisi qrupda üçüncü, Nigeriya isə 4 xalla birincidi.