Millinin oyununa maraq azdı... - bəs, tribunalarda neçə litvalı olacaq?

4.10.2026 16:30 36
Ölkə futbolu / Manşet
Millimiz bu gün Millətlər Liqasının D liqasında növbəti oyununu keçirəcək. Yığma saat 17.00-da "Palms Sports Arena"da Litvanı qəbul edəcək.

Xatırlayırsızsa, dünən bu oyun üçün 3 min biletin satıldığını yazmışdıq. Sayın nə dərəcədə artdığını öyrənmək məqsədilə yenidən AFFA-nın mətbuat xidmətinin rəhbəri Aida Əliyeva ilə əlaqə saxladıq. Təəssüf ki, federasiya rəsmisindən bu dəfə də eyni cavabı eşitdik: 3 min bilet...

Həmkarımızdan tribunalarda nə qədər qonaq azarkeşin olacağını da soruşduq. Aida xanım bildirdi ki, Litvanı stadiondan 120 tərəfdar dəstəkləyəcək.

Xatırladaq ki, bu oyun millimiz üçün "ölüm-dirim" mübarizəsinə bərabərdi. Çünki yığma bu dəfə də xal itirəcəyi təqdirdə qrup lideri olmaq şansını böyük ölçüdə itirəcək.

KƏNAN BAHADIR