Millətlər Liqasında yeni mövsüm başladı - VİDEO

1.06.2022 22:46 494
Dünya futbolu
Bu gün Millətlər Liqasında 2022/23 mövsümünə start verilib.

"Football-plus.az" xəbər verir ki, 1-ci turun ilk oyun günündə bir qarşılaşma keçirilib. A Liqasının 4-cü qrupunda Polşa Uelsi qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, A Liqasının 4-cü qrupunda Niderland və Belçika milliləri də yer alıb.

UEFA Millətlər Liqası, 1-ci tur

A Liqası, 4-cü qrup

1 iyun

20.00. Polşa - Uels - 2:1

Qollar: Uilyams, 52 (0:1), Kaminskiy, 72 (1:1), Sviderski, 85 (2:1)

Baş hakim: Rade Obrenoviç (Sloveniya)